Gürcüstan Avropa İttifaqı ilə azad ticarət mövzusunda danışıqlara başlayıb

1-09-2015, 16:07
Oxunub: 835
İsveçrə, Norveç, İslandiya və Lixtenşteynin bazarları Gürcüstanın üzünə açılacaq


Gürcüstan və Avropa İttifaqı arasında azad ticarət barədə danışıqların birinci mərhələsi başlayıb.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbər görə, danışıqlar sentyabrın 4-nə qədər davam etdiriləcək.

Gürcüstan iqtisadiyyat nazirinin müavini Mixail Canelidze bildirib ki, danışıqlar 4 mərhələdə baş tutacaq: “Artıq hazırlıq işləri görülüb və danışıqlar prosesinin 1 il ərzində yekunlaşacağını düşünürük. Bu isə Gürcüstan üçün yeni bazarların açılması deməkdir”.

Qeyd edək ki, müqavilənin imzalanmasından sonra 4 Avropa ölkəsinin - İsveçrə, Norveç, İslandiya və Lixtenşteynin bazarları Gürcüstanın üzünə açılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti