​"SOCAR Turkey" 2023-cü ildə ixracını 5 mlrd. dollara çatdıracaq

1-09-2015, 15:25
Oxunub: 362
İşçilərinin sayını da iki dəfə artıracaq və 10 min nəfərə çatdıracaq


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkəti "Star" neft emalı zavodu 2018-ci ildə fəaliyyətə başlayandan sonra 2023-cü ilədək ixracın həcmini 5 mlrd. ABŞ dollarına çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Belə ki, 2018-ci ildə şirkətin ixracının 2018-ci ildə 3 mlrd. dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə 15 mlrd. dollar ümumi dövriyyə hədəfləyən şirkət 2023-cü ildə bu rəqəmi 2 dəfə artıraraq 30 mlrd. dollara çatdırmağı planlaşdırır. Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyən "SOCAR Turkey" işçilərinin sayını da iki dəfə artıracaq və 10 min nəfərə çatdıracaq.

Xatırladaq ki,SOCAR 2008-ci ildə "Petkim Holdng"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin ortaqlıq quruluşuna əsasən, "SOCAR Turkey Energy A.Ş"-nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti