2 ayda qanvermə aksiyalarında 3030 nəfər iştirak edib

1-09-2015, 10:33
Oxunub: 506
Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək


Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları keçirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, iyun–avqust aylarında keçirilən aksiyalarda ümumilikdə 3030 nəfər iştirak edib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyindən bildiriblər ki, qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti