Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi azalıb

31-08-2015, 17:13
Oxunub: 615
Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub


Bu ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14,3 faiz azalaraq 653,5 milyon dollar təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub.

Xəbərə əsasən, bu ölkədən Rusiyaya ixracat 107,2 milyon dollar, ötən ilin uyğun dövründə isə 164,6 milyon dollar təşkil edib. Rusiyadan idaxalat isə 546,2 milyon dollar olmaqla, 8,6 faiz azalıb.

Hesabat dövründə Ermənistanın xarici ticarət dövriyyəsi 2 milyard 657,3 milyon dollar olub. 2014-cü ilin ilk 7 ayı ilə müqayisədə bu rəqəm 19,9 faiz azalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti