Sabahdan köhnə “metrokart”a gedişhaqqı yüklənməyəcək

31-08-2015, 14:02
Oxunub: 554
"BakıKART məhdud istifadə üçün" kartının satışı 20 qəpikdir


Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq.

Bunu oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sərnişinlər girov dəyəri və gediş haqqını "Bakıkart"a transfer edə bilərlər.

Qeyd edək ki, avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, "BakıKART"ın (plastik kart) satışı 2 manat, "BakıKART məhdud istifadə üçün" kartının satışı isə 20 qəpikdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti