"Bolqarıstan Azərbaycan qazının alınmasında maraqlıdır"

31-08-2015, 12:45
Oxunub: 428
"Bolqarıstan Azərbaycandan qaz almaq imkanı əldə edəcək"


"Bolqarıstan Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a birləşəcək kəmər inşa etmək niyyətindədir"

 "Energetika sahəsi Azərbaycanla Bolqarıstanın əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bolqarıstan Azərbaycan qazının alınmasında maraqlıdır".

"APA-Economics"in "Bulgaria Today" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib.

Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı planlaşdırır: "Gələn il isə bu həcm artırıla bilər".

E. Kərimov bildirib ki, hazırda Azərbaycan qazının Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə nəql olunması ilə bağlı danışıqlar davam etdirilir: "Bolqarıstan Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a birləşəcək kəmər inşa etmək niyyətindədir. Bununla da, Bolqarıstan Azərbaycandan qaz almaq imkanı əldə edəcək".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti