Avstriyada təyyarə qəzaya uğradı, ölən var

31-08-2015, 12:09
Oxunub: 509
Təyyarənin pilotunun həlak olduğu açıqlansa da, digər qurbanlar haqqında hələ ki, məlumat verilmir


Avstriyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, Avstriyanın cənub şəhəri Frizaxda aviaşou zamanı təyyarənin qəzaya uğramasını nəticəsində pilot həlak olub.

Xarici KİV-lərin məlumatına görə, Karintiya əyalətində baş verən hadisəyə səbəb kimi pilotun təyyarəni düzgün idarə edə bilməməsi göstərilir.

Polis nümayəndəsi Markus Deksl hadisə ilə bağlı danışıb. O deyib ki, pilotun manevr etməsi baş tutmayıb və bu səbəbdən təyyarə qəzaya uğrayıb.

Təyyarənin pilotunun həlak olduğu açıqlansa da, digər qurbanlar haqqında hələ ki, məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti