Tələbələr universitetləri boykot edəcək

18-02-2013, 09:29
Oxunub: 1765


Tələbələr 27 fevralda boykot günü keçirəcəklər.

 

Etatist.com-un məlumatına görə, facebook-da tədbir təşkil edən bir neçə gənc fevral ayının 27-də bütün tələbələri boykota səsləyir. Tədbir dünən təşkil olunsa da artıq 1476 tələbə bu təkliflə razılaşıb və dərsə getməyəcəyini bildirib. Tədbirə dəvət olunanlar isə hələlik 14257 nəfərdir.

 

Tədbirin açıqlamasında bunlar yazılıb: "Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edək! Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil. Hər şey bizlərdən başlamalı. Biganə qalmayaq. Bizə təhsil lazımdı! 
İstər özəl, istərsə də dövlət universitetlərində oxuyan razı və narazı hər bir tələbəyə duyururuq səsimizi. Təyin etdiyimiz tarixdə heç bir tələbə dərsə girməsin. Bu qədər bəsit, bu qədər qəliz. Səbəbini ən yaxşı siz bilirsiz".

Tələbələr universitetləri boykot edəcək

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti