9 ölkənin DİN rəhbərləri Parisdə toplaşır

29-08-2015, 20:08
Oxunub: 613
Fransa, Böyük Britaniya, , Almaniya, Italiya, Ispanya, Belçika, Lüksemburq, Niderland və Isveçrənazirlərinin iştirakı ilə görüş keçiriləcək


9 Avropa ölkəsinin nəqliyyat və daxili işlər nazirləri Parisdə görüş keçirəcəklər.

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Amsterdam-Parıs qatarında baş verən atışmadan sonra, həmin görüşdə nəqliyyatla bağlı təhlükəsizlik sisteminin artımı məsələri müzakirə olunacaq.

Fransa hökuməti nəqliyyatda təhlükəsizlik qaydalarını gücləndirməyi təklif edib. Danışıqlarda, xüsusən, beynəlxalq qatarlarda metallodetektorların quraşdırılması, polis əməkdaşlarının təchizatının səviyyəsi, şübhəli şəxsi yaxalamaq üçün daha geniş məlumat mübadiləsi haqda müzakirə ediləcək.

Fransa, Böyük Britaniya, , Almaniya, Italiya, Ispanya, Belçika, Lüksemburq, Niderland və Isveçrənazirlərinin iştirakı ilə görüş keçiriləcək.

Avqust ayının 21-də Amsterdamdan Parisə gedən yüksək sürətli "Thalys" qatarında sərnişinlərə hücum edilib. Atışma Mərakeşli Eyub Kazanı tərəfindən törədilib. Nəticədə 3 nəfər xəsarat alıb. Bir neçə dəqiqədən sonra sərnışinlər özləri Eyub Kazanı neytrallaşdırmağı bacarıblar. Hadisə Fransanın şimal-şərqin Arras şəhərinin yaxınlığında baş verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti