Məşhur türk aktyoru xərçəng xəstəliyindən əziyyət çəkir

29-08-2015, 13:12
Oxunub: 670
Levent Kırcanın orqanizmi aparılan müalicəyə müsbət cavab verir.


Türkiyənin tanınmış komediya aktyoru Levent Kırca qaraciyər xərçəngi xəstəliyindən əziyyət çəkir.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, xərçəng diaqnozu qoyulan aktyorun bir aydır xəstəxanada yatdığı məlum olub. Hazırda aktyor kimyaterapiya kursu keçir.

Levent Kırcanın keçmiş həyat yoldaşı, aktrisa Oya Başar xəbəri təsdiqləyib.

Jurnalistlərlə söhbətində Oya Başar "Bəli, belə bir xəbər var" deyib və qeyd edib ki, bir ay ərzində keçmiş həyat yoldaşının yanında olub.

Sənət dostları Levent Kırcanı tək buraxmır. Həkimlərin dediyinə görə, L.Kırcanın orqanizmi aparılan müalicəyə müsbət cavab verir.

Qeyd edək ki, Zəki Levent Kırca 1948-ci il sentyabrın 28-də Türkiyənin Samsun şəhərində anadan olub.

Sənət həyatına Ankara Dövlət Teatrında başlayıb. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi adına layiq görülüb. 2015-ci ildə isə bu fəxri adı ondan geri alıblar.

Sankt-Peterburqun "Mum fiqurlar Muzeyi"ndə heykəli olan yeganə türk aktyorudur.

İki dəfə rəsmi nikahda olan aktyorun 4 övladı var. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti