NASA Marsda yeni eksperimentə başladı

29-08-2015, 12:56
Oxunub: 770
Yemək kimi yalnız pendir tozu və ya konservləşdirilmiş tunes istifadə olunacaq.


Havay adalarında bir qrup insanın məhdud şəraitdə il ərzində necə yaşaya bildiyini müəyyənləşdirmək üçün NASA-nın eksperimental missiyası fəaliyyətə başlayıb.

The Guardian xəbər verir ki, eksperiment Marsa missiya göndərilməsinə hazırlıq çərçivəsində aparılır. Ekipaj 6 nəfərdən - fransalı astrobioloq, almaniyalı fizik və 4 amerikalıdan (pilot, həkim-jurnalist, memar və torpaqşünas) ibarətdir. Diametri 11 metr və hündürlüyü 6 metr olan günbəzdə hər iştirakçının kiçik şəxsi otağı olacaq. Günbəzdən onlar yalnız skafandrda çıxa biləcək. Yemək kimi yalnız pendir tozu və ya konservləşdirilmiş tunes istifadə olunacaq. İştirakçıların internetə girişi də məhdudlaşdırılacaq. Günbəzin yerləşəcəyi Mauna-Loa dağı ətrafında heyvan və bitki örtüyü demək olar ki, yoxdur.

Missiyanın əsas məqsədi 6 adamın qapalı məkanda, təmiz hava və yemək qəbul etmək imkanı olmadan uzun müddət yaşaya bilib-bilməyəcəyini müəyyənləşdirməkdir. (İKT.lent.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti