Merkel, Olland və Putin Ukraynanı müzakirə edəcəklər

29-08-2015, 09:56
Oxunub: 526
Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutacaq telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə olunacaq.


Yaxın günlərdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutacaq.

İnterfaks agentliyinin verdiyi məlumata görə, bu barədə Almaniya hökumətindəki mənbə bildirib.

Mənbəyə görə, Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutacaq telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə olunacaq.

Xatırladaq ki, adıçəkilən formatda tərəflər arasında son danışıqlar iyunun 22-də keçirilmişdi.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti