​Pakistan 6 dinc sakinin ölümü ilə bağlı Hindistana nota verib

28-08-2015, 19:25
Oxunub: 392
Ötən gecə Pakistan-Hindistan sərhədində atışma baş verib.


Pakistan hökuməti Kəşmirdə baş verən atışma nəticəsində 6 nəfərin ölümü ilə bağlı Hindistana sərt etirazını bildirib.

Report Pakistan KİV-inə istinadən xəbər verir ki, Hindistanın Pakistandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş verən hadisə ilə bağlı etraz notası təqdim edilib.

Ötən gecə Pakistan-Hindistan sərhədində atışma baş verib. Hindistan tərəfi hadisə nəticəsində 3 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirmişdi.

Pakistan rəsmiləri isə Cammu və Kəşmir ərazisindən açılan atəş nəticəsində Pakistanın 6 dinc vətəndaşının həyatını itirdiyi haqda məlumat yayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti