Lavrov Bakıya gələcək

28-08-2015, 18:10
Oxunub: 672
O cümlədən regiondakı vəziyyət müzakirə olunacaq.


Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Azərbaycana işgüzar səfərə gəlir.

Bu haqda Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.

“Əvvəlcədən əldə edilmiş razılaşmalara əsasən Rusiya Federasiyasının xarici işlər naziri sentyabrın 1-də Azərbaycana səfər edəcək”- deyə açıqlamada bildirilir.

Rusiya XİN bildirir ki, səfər zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparılacaq, ikitərəfli və çoxtərəfli gündəmə dair məsələlər, o cümlədən regiondakı vəziyyət müzakirə olunacaq.

Azərbaycan XİN məlumatı təsdiqləyib, bildirib ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunacaq.(Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti