"Qarabağ" və "Qəbələ" komandalarının rəqibləri bəlli oldu

28-08-2015, 17:13
Oxunub: 748
Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb.


Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Monakoda keçirilən mərasimdə iki Azərbaycan komandasının rəqibləri müəyyənləşib. 

Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn “Qəbələ” C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) olacaq.

Azərbaycan çempionu “Qarabağ” ikinci dəfə mübarizə apardığı qrup mərhələsində “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.

 
A qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Molde” (Norveç)

B qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Syon” (İsveçrə)

C qrupu: “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “QƏBƏLƏ” (AZƏRBAYCAN)

D qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka)

E qrupu: “Vilyareal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Belarus)

F qrupu: “Marsel” (Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroninhen” (Hollandiya)

G qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent-Etyenn” (Fransa), “Rusenborq” (Norveç)

H qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya)

İ qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya)

J qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “QARABAĞ” (AZƏRBAYCAN)

K qrupu: “Şalke” (Almaniya), APOEL (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan)

L qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti