AŞPA Bürosu Azərbaycandakı seçkini müşahidə məsələsini müzakirə edəcək

28-08-2015, 14:12
Oxunub: 373
Büronun iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi məsələsi müzakirə olunacaq.


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun növbəti iclası avqustin 31-də Parisdə keçiriləcək.

AŞPA mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Büronun iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi məsələsi müzakirə olunacaq.

Eyni zamanda iclasda Qırğızıstan, Belarus, Ukrayna və Turkiyədə keçiriləcək seçkilərin müşahidə edilməsi məsələsinə də baxılacaq. Bununla bağlı hazırlanan plan müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanda parlament seçkisinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti