Elmar Məmmədyarov İsrailin yeni səfirini qəbul etdi

26-08-2015, 18:39
Oxunub: 289
Görüşdə səfir D.Stav etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.


Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

Məlumata görə, görüşdə səfir D.Stav etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir D.Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir D.Stava diplomatik fəaliyyətində uğurlar arzu edib.(Trend.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti