Elmar Məmmədyarov Latviyanın yeni səfirini qəbul etdi

26-08-2015, 17:05
Oxunub: 330
Nazir E.Məmmədyarov səfir Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə səfir Y.Maklakovs etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti