Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcək

26-08-2015, 11:27
Oxunub: 664
Qəbul sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında baş tutacaq


Azərbaycanın baş prokuroru Zakir Qaralov  Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbul sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında baş tutacaq: “Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti