Rusiyada bank işçilərinin 35,4 min nəfəri ixtisar edilib

25-08-2015, 15:51
Oxunub: 569
"Home Credit" isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.


Bu ilin ilk yarısında Rusiyada fəaliyyət göstərən banklar 35 391 nəfər yaxud işçi heyətinin 6,4%-ni ixtisar edib. Bu, ötən ilin ikinci yarımili ilə müqayisədə 8 dəfə çoxdur. İxtisarların 53,6%-i "Home Credit" və "Russkiy Standart" tərəfindən həyata keçirilib. Ümumilikdə isə ixtisarlar 30 bankı əhatə edib.

"Russkiy Standart" cari ilin ilk altı ayı ərzində işçi heyətinin 35,5%-ni və ya 6 039 nəfərini, "Home Credit" isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.

Universal banklardan ən çox işçi ixtisar edən isə 9,4% və ya 3 080 nəfər olmaqla "Rosselxozbank" (Russian Agricultural Bank) olub. İşçi heyətində faiz payı üzrə ixtisara görə isə 26,1% və ya 1 763 nəfərlə "Ural Bank for Reconstruction and Development" birinci yeri tutub. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti