Müxalifət Britaniya səfirliyinə toplaşdı

25-08-2015, 15:46
Oxunub: 351
Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli də iştirak edib


Bu gün səhər müxalifət nümayəndələri ilə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tatham arasında görüş keçirilib.

Bu barədə AzNews.az-a “REAL” Vətəndaş Hərəkatının İcra Katibi Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, sözü gedən görüşün təşkilatçısı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi olub:
“Görüş Böyük Britaniyanın Bakıdakı səfirliyində baş tutub. Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli də iştirak edib”.

N.Cəfərli vurğulayıb ki, müxalifət nümayəndələrinin qatıldığı bu görüşdə parlament seçkiləri və Azərbaycanın ictimai-siyasi vəziyyəti müzakirə olunub.

Onu da qeyd edək ki, tədbirə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq də qatılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti