PKK yenə terror törətdi: 2 əsgər şəhid oldu

24-08-2015, 11:42
Oxunub: 488
Partlayış nəticəsində 2 əsgər həlak olub, 3-ü yaralanıb


PKK Türkiyədə növbəti terror aksiyası törədib.

Hadisə Türkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində qeydə alınıb. Belə ki, Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb.

Partlayış nəticəsində 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı geniş əməliyyat başlayıb. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti