“Suriyaya döyüş təyyarəsi göndərməmişik”

22-08-2015, 17:20
Oxunub: 610
"Bu il Müdafiə Nazirliyi və xarici müştərilərimiz üçün 32 təyyarə göndərəcəyik"


“Miq” korporasiyasının baş direktoru Sergey Korotkov Rusiyanın Suriyaya döyüş təyyarələri göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Axar.az xəbər verir ki, Suriyaya MiQ-31 reaktivlərinin göndərilmədiyini deyən Korotkov Misirə təyyarə satışını da inkar edib: “Suriyaya döyüş təyyarələri göndərməmişik. Təyyarələri orada istifadə etmək kimi bir planımız yoxdur. 

Hazırda sifariş portfelimiz 4 milyard dollardır. İstehsal gücümüz də artır. Bu il Müdafiə Nazirliyi və xarici müştərilərimiz üçün 32 təyyarə göndərəcəyik. Məsələn, Hindistan. Bu ölkəyə 8 təyyarə göndərəcəyik”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti