Şəxsi heyətlə iş üzrə zabitlərin xidməti müşavirəsi keçirilib

21-08-2015, 16:44
Oxunub: 562
Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.


Bakı və Sumqayıt qarnizonlarında yerləşən hərbi hissələrin, qoşun növlərinin və xüsusi təyinatlı təhsil məssisələrinin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib.

Etatist.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələr barədə danışıb.

Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.

Yekunda general-mayor R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlaraMüdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.

Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.

Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılıb.

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti