Şimali Koreya ordusu döyüşə hazır vəziyyətə gətirildi

21-08-2015, 11:59
Oxunub: 485
İki ölkə arasındakı münasibət getdikcə daha çox kritikləşir


Son günlərdə Şimali və Cənubi Koreya arasında gərginliyin pik həddə çatmasından sonra Şimali Koreya dövlət başçısı Kim Çen In, sərhəddə xidmət edən hərbi birləşmələrə 'döyüşə hazır vəziyyətə keç' əmri verdi.

Etatist.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kim Çen In Koreya Xalq Ordusu komandanına əmr göndərərək, sərhəddəki hərbi birləşmələrin döyüşə hazır olmalarını tapşırıb.

Qeyd edək ki, avqustun əvvəlində bu iki ölkə arasında neytral bölgədə partlayan mina Cənubi Koreya əsgərinin ağır yaralanması ilə nəticələnmişdi. Seul rəhbərliyi bundan sonra Şimali Koreyaya qarşı "təbliğat müharibəsinə" yenidən başlayacağını açıqlamışdı. Ötən gün isə Şimali Koreya sərhəddə rejimə qarşı təbliğat aparan Cənubi Koreyaya aid səsgücləndiricini raketlə vurmuş və qarşı tərəfə təbliğatı dayandırmaq üçün 48 saat vaxt verdiyini açıqlamışdı.

Bu gün ordunun döyüşə hazır vəziyyətə gətirilməsi isə rəsmi Seulu daha ciddi addımlar atmağa sövq edib. Bu gün Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantı keçirməsi gözlənilir.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti