Cənubi Koreya Şimalı qəddar intiqamla hədələdi

21-08-2015, 11:54
Oxunub: 483
Şimal bütün bunlara görə məsuliyyəti öz üzərinə götürməli olacaq”


Koreyanın xalq ordusu KXDR lideri Kim Çen Indan silahlı qüvvələrinin taktiki hücuma keçmək üçün tam hazırlığa gətirilməsinə dair əmr alıb.

Bu barədə “Renhap” agentliyi bildirib.

“Kim Çen In - Koreya xalq ordusunun ali baş komandadını avqust ayının 21-dən saat 17.00-dan hərbi birləşmələri, taktiki hücum atəşi üçün tam hazır vəziyyətə gətirməyə dair əmr verib”, - agentlik qeyd edib.

Bu əmr barədə qərar, Şimali və Cənubi Koreya arasında artilleriya atışmasından sonra Koreyanın Əmək Partiyasının Mərkəzi hərbi komitəsinin iclasında qəbul edilib.

Cənubi Koreya öz növbəsində KXDR-nı qəddar intiqam ilə hədələyib.

KXDR-na göndərilən telefonoqramda deyildiyi kimi, Seul “Şimali Koreyanın istənilən hücumuna qəddar intiqamla cavab verəcək və Şimal bütün bunlara görə məsuliyyəti öz üzərinə götürməli olacaq”.

Cənubi Koreyanın müdafiə naziri Han Min Qu silahlı qüvvələrə KXDR-in istənilən davranışına “qəti reaksiya” verməyi əmr edib. (Oxu.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti