"Arşın mal alan" filmi Hollivudda nümayiş olunacaq

21-08-2015, 11:11
Oxunub: 682
2013-cü ildə ildə UNESCO çərçivəsində operettanın 100 illiyi qeyd olunub.


Los-Ancelesdə Rza Təhmasibin 1945-ci ildə çəkdiyi Azərbaycanın məşhur "Arşın mal alan"  komediya filmi nümayiş olunacaq. 

"Report" Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna istinadən verdiyi xəbərə görə, filmin premyerası sentyabrın 19-da baş tutacaq.

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettası bir neçə dəfə ekranlaşdırılıb. Onlardan baş rolda Rəşid Behbudovun iştirakı ilə 1945-ci ildə çəkilən və dünyanın 130 ölkəsində nümayiş olunan film ən məşhur hesab olunur.

2013-cü ildə ildə UNESCO çərçivəsində operettanın 100 illiyi qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti