Şimali Koreya Cənubi Koreyanı raketlə vurdu; xəbərdarlıq etdi
20-08-2015, 20:36
Oxunub: 816
Şimali Koreya xəbərdarlıq etdi: 48 saatınız var
Şimali Koreya ilə sərhəddə Kim Çen In rejiminin əleyhinə təbliğat aparan Cənubi Koreyaya aid səsgücləndirici sistemi Şimali Koreya tərəfindən vurulub. Rəsmi Seulun verdiyi açıqlamaya görə, onlar Şimali Koreyanın bu hücumuna top atəşi ilə cavab verib.Etatist.com "Reuters"ə istinadən xəbər verir ki, top mərmisinin düşdüya ərazidə ölən və yaralanan olmasa da əhali təxliyyə olunub.
Şimali Koreya xəbərdarlıq etdi: 48 saatınız varŞimali Koreya təbliğatın 48 saat ərzində sonlandırılması üçün Cənubi Koreyaya xəbərdarlıq edib. Əks təqdirdə Şimali Koreya Cənubi Koreyaya hərbi müdaxilə edəcəyi ilə hədələyib.
Cənubi Koreya isə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Qeyd edək ki, iki ölkənin sərhəddində bu ay mina partlaması nəticəsində Cənubi Koreyalı əsgərin ağır yaralanması tərəflər arasındakı münasibətləri bir az daha gərginləşdirmişdi.
Etatist.com