Sabah prokuror Xədicə İsmayıla iş istəyəcək

20-08-2015, 13:36
Oxunub: 659
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovanın məhkəmə istintaqı tamamlanıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovanın məhkəmə istintaqı tamamlanıb.

Məhkəmə prosesi sabahadək təxirə salınıb. Sabahkı prosesdə isə dövlət ittihamçısı X.İsmayılovaya iş istəyəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti