"Google"u ildırım vurdu; istifadəçi məlumatları itib

20-08-2015, 11:58
Oxunub: 461
Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi “Google” tərəfindən təsdiqlənib


“Google”-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib.

Trend-in Lenta.ru saytına istinadən verdiyi məlumata əsasən, bu barədə “BBC News” xəbər yayıb.

Avqustun 13-də başlayan ildırım “Google Compute Engine” servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itirib. Sonradan bəzi məlumatları xilas etmək mükün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.

Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi “Google” tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti