NATO-nun baş katibi Gürcüstana gedir

20-08-2015, 10:23
Oxunub: 719
Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.


NATO-nun baş katibi Yens Stoltenberq bir həftədən sonra Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Bundan Yens Stoltenberqin avqustun 26-27-də Gürcüstana ikigünlük səfər edəcəyi bildirilirdi. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze isə Tiflis yaxınlığındakı Vaziani hərbi bazasında yaradılacaq NATO-nun Gürcüstanla müştərək təlim mərkəzinin sentyabradək açılacağını bildirmişdi.

“NATO-nun baş katibi bir həftədən sonra Gürcüstana səfər edəcək. Biz təlim mərkəzini istifadəyə veririk. NATO-nun baş katibin səfəri bizim üçün çox əhəmiyyətlidir. Guya ki təlim bazası açılır deyərək bu mərkəzlə bağlı bir çox spekulyasiyalara yol vermişdi. Bu bizim hərbçilər üçün nəzərdə tutulmuş təlim-tədris mərkəzidir. Məqsəd hərbçilərimizin NATO standartlarına uyğun olacaq hazırlıq səviyyəsini artırmaqdır”, deyə baş nazir bildirib.

“Rustavi-2” telekanalının məlumatına əsasən, təlim mərkəzinin açılışı Yens Stoltenberqin Gürcüstana səfəri çərçivəsində baş tutacaq. NATO baş katibinin Gürcüstanda səfərinin gündəliyi həftənin sonunadək XİN tərəfindən elan ediləcək. Mərkəzdə Alyansa üzv olan və NATO-nun tərəfdaş ölkələrinin hərbçiləri təlim keçəcək. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti