Bakıda isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alındı?

19-08-2015, 18:36
Oxunub: 414
Bakıda iyul-avqust aylarında son rekord göstərici 40 dərəcə olub


İyulun sonlarından avqustun 19-dək Bakıda hökm sürən isti hava şəraiti ilə bağlı rekord göstərici qeydə alınmayıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, bu müddət ərzində ayrı-ayrı günlərdə Bakıda havanın temperaturu illik normadan 2-3 dərəcə yüksək olub (34-39 dərəcə).

Qeyd edək ki, Bakıda iyul-avqust aylarında son rekord göstərici 40 dərəcə olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti