AXCP-dən Razi Nurullayevin AXCP iddiasına – Reaksiya

19-08-2015, 13:53
Oxunub: 505
"Biz ona qarşı hansı addımları atacağımız gələcəyin mövzusudur”


Azərbaycan Xalq Cəbhəsi Partiyasından “Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev yeni partiya yaratması ideyasına cavab verilib.

Partiyanın sədr müavini Həsən Kərimov AzNews.az-a açıqlamasında bildirib ki, yeni partiya yaratmaq və adını AXCP qoymaq absurt məsələdir:

“AXCP 1995-ci ildə rəsmi sürətdə Ədliyyə Nazirliyindən partiya kimi qeydiyyatdan keçib. Hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasını tanıyır. Dəfələrlə partiya bu ad altında seçkilərdə iştirak edib. Bu, bəzi dairələr tərəfindən partiyaya hazırlanmış növbəti təxribatdır”.

H.Kərimov qeyd edir ki, partiya hazırda fəaliyyət göstərir, bütün strukturları da yerindədir. Sədr müavini R.Nurullayevin ad uğurunda mübaizəsinə adekvat cavab veriləcəyni də vurğulayıb:

“Hələlik o konkret addımlar atsın. Biz ona qarşı hansı addımları atacağımız gələcəyin mövzusudur”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını bəyan edib.

O bildirib ki, ya Əli Kərimli partiya sədrliyindən getməlidir ya da Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti