Məcburi köçkünlər Aksiya keçirir - FOTO Yenilənib

15-02-2013, 10:55
Oxunub: 2689


Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər etiraz aksiyası keçirir. 

 

Məcburi köçkünlərin aksiya keçirmələrinin səbəbi məlum olub. Bu barədə aksiya keçirən məcburi köçkünlər ANS PRESS-ə məlumat veriblər. Onların sözlərinə görə, məcburi köçkünlərin bir çoxlarının məişət problemləri hələ də həllini tapmayıb. Qaçqınlar onların sözlərini eşidən, onları qəbul edib, dinləyən şəxsin olmamasından şikayətləniblər. 


"Sadəcə biz yığılıb yolu bağladıqdan sonar bizi qəbul edib, problemlərimizlə maraqlanmağa razılıq verdilər”, - deyə aksiya iştirakçıları bildirib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar.

"Sadəcə onlar bir az səbirsizlik etdilər. Qəbul günlərini gözləmək istəmədilər. Onların tələbi məişət problemləri, bəzilərinin işsiz olmasıdır. Axı hansısa problemi birdəfəlik həll etmək mümkün deyil. Hazırda məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Hazırda qaçqınların problemləri dinlənilir”, - deyə Telman Məmmədov bildirib.

***10.20

Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər etiraz aksiyası keçirir. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlayıblar. Hazırda ərazidə polis qüvvələri yolu açmağa çalışırlar.

Hələlik məcburi köçkünlərin yolu nə səbəbə kəsməsi məlum deyil.

Məcburi köçkünlər Aksiya keçirir - FOTO Yenilənib
Məcburi köçkünlər Aksiya keçirir - FOTO Yenilənib
Məcburi köçkünlər Aksiya keçirir - FOTO Yenilənib

 

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti