Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

17-08-2015, 12:33
Oxunub: 5419
"Maddi rifahı orta və ya aşağı olanların da sənətə dəyər verməsini gözləmək məntiqə sığmır"


Azərbaycan istedadlar ölkəsidir. Nə qədər istedada qiymət verilməsə də, ən imkansız şəraitdə belə yaradıcılıqla məşğul olan gənc görmək olur.

Düzdür, onları çox adam tanımır, amma tanımalıdır. Bizim də məqsədimiz, yaradıcı gəncləri oxucularımıza tanıtmaq və incəsənətin inkişafına təkan verməkdir. Çünki, incəsənətin inkişafı həm də cəmiyyətin inkişafı deməkdir.

Etatist.com-un bu dəfəki müsahibi gənc rəssam Aynur Aydındır. O, yalnız rəssam deyil, həm piano təhsili var, rəqsin müxtəlif janrlarını öyrənir. Eyni zamanda kitab yazır və film rəssamlığını öyrənir. Gənc rəssam Aynur Aydınlar müsahibəni təqdim edirik:

- Aynur xanım, ilk rəsminizi neçə yaşınızda çəkmisiniz? Nədən təsirlənib çəkmişdiniz?
- Bunu xatırlamayacaq qədər kiçik idim ilk rəsmi çəkəndə. Yəni özümü biləndən nələrsə cızma-qara etmişəm.

- Bəs ilk, həqiqətən də bəyəndiyiniz rəsminiz hansı olub?
- Taxta üzərində ağ örpəkli bir nənə çəkmişdim. O rəsmin yeri ayrıdır məndə.

- Niyə? Nə məna yükləmişdiniz rəsmə?
- Nənələrə xüsusi sevgim var (gülür). Bilmirəm nəsə həssaslığım var bu mövzuda. Hətta bir dostum buna görə mənə "nənə" ləqəbi verib.

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

- Ailəniz necə yanaşır sizin sənətinizə?

- Gözlərimə görə narahatçılıqları çox olur, amma ən böyük dəstək də elə onlardandı.


- Rəssamlığa hobbi kimi baxırsınız, yoxsa həyatınızı bu sahəyə bağlamaq istəyirsiniz?
- Belə cavab verim bu suala. Həyat nə gətirsə (Gülür). Yəni "hobbi" desəm az olar. Bu sahə üzrə etmək istədiyim işlər çoxdur. Amma tək bu sahə yox, incəsənətin başqa sahələrində də izim olsun istəyirəm. Bir növ sahələri bir-birinə bağlamaq.

- İncəsənətin başqa hansı sahələrinə meyliniz var?
- Piano təhsilim var. Rəqs bacarığım var, müxtəlif növlərini öyrənmək niyyətindəyəm. Ömrümdə tək bir kitabım çap olunsun istəyirəm. Vaxt olduqca bununla bağlı yazıram. Rəssamlığı isə film rəssamlığı kimi inkişaf etdirmək istəyirəm. Hələ ki, önə çıxan böyük sahələr bunlardır.

Musiqi, ana bətni, körpə - hər şeyin başlanğıcı kimi

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

- İstedadınız sərhəd tanımır. Bir rəsminiz diqqətimi çəkdi; bir qızın üzü və bətnində olan uşaq. Nə vurğulamaq istəmisiniz həmin rəsmdə?

- "Skripka" rəsmini deyirsiz. Musiqi ilə bağlamışam mövzunu. Skripka musiqidə başlanğıc açar sayılır. Açar uşağın göbək bağından başlıyır və ananı tamamlıyır. Bir növ musiqi, ana bətni, körpə - hər şeyin başlanğıcı kimi.

- Belə başa düşürəm ki, musiqiyə çox önəm verirsiniz. Hansı janrda olan musiqilərə üstünlük verirsiniz?
- Bu məsələdə zövqümü özüm də bilmirəm (gülür). Qarışıq. Çox ağır rock musiqilər xaric demək olar bütün janrları dinləyirəm. Amma Şərq üslubunda olanlar daha çox cəlb edir. Sözlərdən çox ritmə önəm verirəm. Xüsusi sevdiklərim fransız, ispan musiqiləri olur adətən.

"Bizdə ayaqdan dartmaq daha çox dəbdədir"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

- Azərbaycanda istedada qiymət verilir?

- "Yox" desəm, hər kəs kimi olacam, hə desəm yalan demiş olacam (gülür). Şikayət etməyim, sadəcə etmək istədiklərimin burda dəyər qazanmayacağını bilirəm.

- Bu nə ilə bağlıdır?
- Daha çox maddi vəziyyət, insanların normal yaşayışının olmaması. Məsələn, ölkəmizdə kifayət qədər varlı insan var. Ancaq sənətə yox, əyləncələrə maraqları daha çoxdur. İstisnalar var təbii. Və maddi rifahı orta və ya aşağı olanların da sənətə dəyər verməsini gözləmək məntiqə sığmır. Qaldı sənət adamlarının bir-birinə dəstək verməsinə, acı reallıq odur ki, bizdə ayaqdan dartmaq daha çox dəbdədir.

- Onda belə çıxır ki, insanlarımızda ruh kasıblığı var?
- Ruh kasıblığı və çörək kasıblığı. Hansı daha çoxdur bilmirəm, amma nəticə olaraq hər ikisi incəsənətə mane olur.

- Mozart və bir çox sənət adamları zamanında öz əsərlərini satmayıb. Sizin satmaq fikriniz var?
- Başqa bir işdə məni qane edəcək qədər gəlirim olsa bəlkə satmaram. Ancaq mənə xoş gələr rəsmlərimin evlər bəzəməsi. Buna o qədər də həssas yanaşmıram.

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

- Sürrealizm axınına münasibətiniz necədir?

- Çox sevmirəm, amma normal.

- Hansısa rəsmin üstündə işləyirsiniz indi?
- "Digital art" olaraq birinə başlayacam. Son 5-6 aydır bu istiqamət üzrə dərsliklərə yönəlmişəm.

- Nə barədə olacaq?
- Bir layihənin parçası olacağı üçün sirr qalsın hələ.

- Sonda cəmiyyətə hansı mesajı çatdırmaq istəyirsiniz?
- Özümə yönəldiyim vaxtdan cəmiyyətdən əlimi üzmüşəm düzü (gülür). Heç nə, iç səslərinə yönəlsinlər.

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Gənc rəssam: "İstəyirəm incəsənətin başqa sahələrində də izim olsun"

Cavid
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Saida 9 mart 2016 17:24  

Halal sene!)

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti