Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

16-08-2015, 13:35
Oxunub: 1718
Q. Qarayevin yerinə polkovnik Fuad Məmmədov təyin olunub


Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. O, ordu birləşmələrindən birinin komandan müavini təyin edilib.

Etatist.com xəbər verir ki, “AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Q. Qarayevin yerinə polkovnik Fuad Məmmədov təyin olunub.

Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunublar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti