Qərbin 26 milyard əvəzində Afinadan gizli istəyi

15-08-2015, 20:08
Oxunub: 584
Yunanıstan maksimum 1 il ərzində Kosovanın müstəqilliyinin tanınmasıyla bağlı addım atmalıdır


Qərb Yunanıstanla imzaladığı üçüncü maliyyə yardımı paketi qarşılığında Afinadan Kosovanın müstəqilliyini tanımasını istəyib.

Bu barədə informasiyanı Serbiyanın “Blic” agentliyi özünün diplomatik mənbələrinə istinadən yayıb.

Mənbənin məlumatına görə, Yunanıstan maksimum 1 il ərzində Kosovanın müstəqilliyinin tanınmasıyla bağlı addım atmalıdır.

Qeyd edək ki, bir müddət öncə Yunanıstan beynəlxalq kreditorlarla üçüncü maliyyə yardımı paketi haqqında razılaşma imzalamışdı. Razılaşmaya əsasən, Afinaya 26 milyard avro dəyərində yardım edilməliydi. (Axar.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti