Malidə prezident seçkiləri təyin olundu

15-02-2013, 10:01
Oxunub: 695


Malidə prezident seçkiləri 2013-cü ilin iyulun 7-də keçiriləcək. APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin regional idarəçilik üzrə naziri Mussa Sinko Kulibali bildirib. Malinin qanunvericiliyinə əsasən, seçkidə qələbə əldə etmək üçün namizədə 50 faizdən çox səs toplamaq lazımdır. Bu baş verməsə iyulun 21-də səsvermənin ikinci turu keçiriləcək. Həmin gün həm də parlament seçkiləri keçiriləcək.

Xatırladaq ki, hal-hazırda Malinin prezidenti Dionkunda Traoredir.

Qeyd edək ki, 2012-ci ilin martında Malidə hərbi çevriliş baş verib. Siyasi vakkumdan istifadə edərək tuareqlər ölkənin şimalında müstəqil dövlət elan edib. Həmçinin ölkədə geniş fəaliyyət göstərən "Əl Qaidə” ilə əlaqəli islamçı radikal qruplaşmaları qarşılarına regionda şəriət dövləti yaratmaq məqsədi qoyub.

2013-cü ilin yanvarın 11-də Fransa keçmişdə müstəmləkəsi olmuş Malidə ölkənin ərazi bütövlüyünü təmin etmək terrorçulardan azad etmək məqsədi ilə və hərbi əməliyyata başlayıb. Qısa müddət ərzində Fransa ordusu Mali silahlı qüvvələri ilə birlikdə ölkənin şimalında yerləşən üç iri şəhəri – Qao, Timbuktu və Kidalı silahlılardan azad edib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti