Azərbaycanda övladlığa verilən uşaqların sayı - Rəsmi

15-08-2015, 14:46
Oxunub: 511
"Ötən il 1-5 yaşda olan 360 uşaq övladlığa götürülüb"


Ötən il Azərbaycanda övladlığa verilən uşaqların sayı məlum olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirib ki, 2014-cü ildə yerli ailələr 918 uşağı övladlığa götürüb: "Övladlığa götürülənlərdən 205 nəfəri 1 yaşa qədər olan körpələrdir. Onlardan 104-ü qız, 101-i oğlandır. Ötən il 1-5 yaşda olan 360 uşaq övladlığa götürülüb. Onlardan 163-ü qız, 197-si oğlandır".

Onun sözlərinə görə, göstərilən müddət ərzində yerli ailələrin övladlığa uşaq götürməsi ilə bağlı neqativ hallara çox rast gəlinməyib: "Lakin bir neçə halda övladlığa götürmə prosesində övladlığa götürən şəxs rəhmətə gedib, uşaq götürülməyib və uşaq evində qalıb. Buna bənzər hallar bəzən olur".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı 961 nəfər olub. Onların 204-ü (102 qız, 102 oğlan) 1 yaşa qədər olan körpələrdir. 1-5 yaşlı 429 uşaq övladlığa verilib. Onlardan 198-i qız, 231-i oğlandır. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti