Şamaxıda 34 yaşlı kişi göldə boğulub

15-08-2015, 10:17
Oxunub: 294
R.Əliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib


Şamaxı şəhərində suda boğulma faktı qeydə alınıb.

Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 km aralı, nəzarətsiz ərazidə) 1981-ci il təvəllüdlü Əliyev Ramin Əlirza oğlu batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

R.Əliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:20-də başa çatıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti