Səhiyyə Nazirliyindən Kənan Hacı ilə bağlı açıqlama

14-08-2015, 18:27
Oxunub: 671
Yazar-jurnalist Kənan Hacı Hepatit C xəstəliyindən əziyyət çəkir


"Bütün müayinələrdən keçib"

Səhiyyə Nazirliyindən musavat.com-a verilən məlumata görə, Kənan Hacı bütün müayinələrdən keçib. Hazırda həkimlər müayinələrin cavablarını gözləyir. Bundan sonra lazımi müalicə kursu başlayacaq. 

Nazirlikdən o da bildirilib ki, Kənan Hacı hələlik xəstəxanada yatmaq istəmir. Jurnalist müayinələrin cavabından sonra bu haqda qərar verəcək.

Məsələ ilə bağlı Kənan Hacı ilə əlaqə saxladıq. O. dedi ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında müayinədən keçib: “Amma bu, tam müayinə sayılmır. Sabah analizin  cavabından asılı olaraq onlar bir qərar verəcəklər.

Xatırladaq ki, yazar-jurnalist Kənan Hacı Hepatit C xəstəliyindən əziyyət çəkir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti