Statistika Komitəsinin yeni sədri kollektivə təqdim olundu

14-08-2015, 13:13
Oxunub: 803
T.Budaqov buna qədər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Dövlət Statistika Komitəsinin (DSK) yeni sədri Tahir Budaqov vəzifəsinin icrasına başlayıb.

DSK-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, T.Budaqovu kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Z.Nağdəliyev Komitənin yeni sədrinə və DSK-nın işçilərinə uğurlar arzulayıb.

Xatırladaq ki, avqustun 13-də Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib. T.Budaqov buna qədər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

DSK-nın bundan əvvəlki sədri Arif Vəliyev 2014-cü il iyunun 23-də vəfat edib. Həmin tarixdən indiyədək sədri onun birinci müavini Həmid Bağırov əvəz edirdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti