Avrasiya İttifaqı Qırğızıstanla gömrük sərhəddini ləğv etdi

13-08-2015, 21:30
Oxunub: 878
"Biz aradakı olan bütün sərhədləri götürməliyik"


Avrasiya İttifaqı Qırğızıstanla gömrük məntəqələrini ləğv edib. Bu haqda Qırğızıstan prezidenti Almazbek Atambayev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iki ölkə arasında gömrük məntəqələrinin ləğvi münasibəti ilə keçirilən telekörpüdə bildiriblər.

“Qazax və qırğız xalqları qardaş xalqlardır. Onlar arasında heç bir maneə olmamalıdır. Biz aradakı olan bütün sərhədləri götürməliyik”. Bu sözləri A.Atambayev öz çıxışında dilə gətirib.

Avrasiya Birliyinə daxil olduqdan sonra Qırğızıstan və Qazaxıstan sərhədində səkkiz gömrük keçid məntəqəsi ləğv edilib.

Qırğızıstan bu quruma 2014-cü ildə Avrasiya İqtisadi Birliyinin iclasında qəbul edilib. Sonradan bu sənəd iqtisadi birliyə daxil olan ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunub. Son olaraq Qazaxıstan bu sənədə imza atıb.

AİB beynəlxalq iqtisadi birlikdir. Bu birliyin əsas məqsədi malların dövriyyə xidməti, kapital və işçi qüvvəsinin azad hərəkətini təmin etməkdir.

Avrasiya İttifaqı müqaviləsi 29 may 2014-cü ildə Astanada imzalanıb və 1 yanvarın 2015-ci ildə qüvvəyə minib. Bu birliyə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.
musavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti