Rusiya hərbi gəmiləri Azərbaycana gəldi

13-08-2015, 16:53
Oxunub: 609
İlin sonuna kimi Rusiya Xəzər Dənizində ən azı iki beynəlxalq təlim keçirəcək.


Bu gün Rusiyaya məxsus üç hərbi gəmi Azərbaycan sularına daxil olub

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov bildirib.

Çirkov vurğulayıb ki, Azərbaycana "Mahaçqala" və "Volqodonsk" adlı iki artilleriya, "Anatoliy Qujvin"in adını daşıyan hidroqrafik gəmi göndərilib

Bununla yanaşı HDQ Baş komandanın sözlərinə görə, ilin sonuna kimi Rusiya Xəzər Dənizində ən azı iki beynəlxalq təlim keçirəcək.

"2015-ci ilin sonuna qədər Xəzər dənizi hövzəsində iki beynəlxalq hərbi-dəniz təlimlərinin keçirilməsini düşünür. Onlardan biri Rusiya, Qazaxıstan və Azərbaycan HDQ-nın iştirakı ilə üçtərəfli, digəri isə Rusiya və Azərbaycan dənizçilərinin iştirakı ilə ikitərəfli təlimlər olacaq", - deyə Çirkov vurğulayıb. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti