Yasamaldakı yanğın söndürülüb - FOTO/YENİLƏNİB

13-08-2015, 14:42
Oxunub: 880
Bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir


Yasamal rayonunda məişət tullantılarının olduğu zibillikdə yanğın baş verib. Əsasən köhnə avtomobil şinləri yanıb.

Bu barədə FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Yanğının iki yanğınsöndürən briqada tərəfindən söndürüldüyü bildirilib.

***

FHN-nin qaynar xəttindən bildirilib ki, yanğın "Vital" Klinikanın yerləşdiyi binada baş verib.


Nazirlikdən verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-nin yanğınsöndürən briqadası yola düşüb.

Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.

***

Yasamal rayonunda bina yanır.


Bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verəcəyik. (Trend)

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti