UNESCO da azərbaycanlı jurnalistin öldürülməsini pislədi

13-08-2015, 12:00
Oxunub: 159
“Hökumət Əliyevin qətlində günahı olanların cəza almalarına nail olmalıdır"


UNESCO-nun baş direktoru İrina Bokova Bakıda avqustun 9-da dünyasını dəyişmiş azərbaycanlı jurnalist Rasim Əliyevin qətlini pisləyib.

İ.Bokova bununla bağlı bəyanat yayıb.

“Mən Rasim Əliyevə olunmuş hücumu pisləyirəm”, - baş direktor bəyan edib.

“Hökumət Əliyevin qətlində günahı olanların cəza almalarına nail olmalıdır. Bu, asayişin müdafiəsi və mətbuatın azadlığı üçün vacibdir. Jurnalistlərə qarşı cinayətin cəzasız qalmasına yol vermək olmaz”, - İrina Bokova əlavə edib. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti