Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə insident

12-08-2015, 13:05
Oxunub: 547
DİN-in baş idarəsinin əməkdaşlarına soyuq silahla hücum edilib


Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində insident baş verib.

APA-nın məlumatına görə, dünən baş vermiş insidentlə bağlı bir azərbaycanlı saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, DİN-in baş idarəsinin əməkdaşlarına soyuq silahla hücum edilib və nəticədə iki polis yaralanıb. Poniçala (Soğanlıq) kəndində "Toyota" avtomobilin sürücüsü polis əməkdaşlarını soyuq silahla yaraladıqdan sonra maşına minib və hadisə yerindən qaçıb.

Avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Namiq adlı şəxs də polisə müqavimət göstərib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı həmin şəxsin üzərindən 26 paket narkotik vasitə aşkarlanıb və ekspertizaya göndərilib.

Poniçala (Soğanlıq) kəndində baş verən insidentlə bağlı Gürcüstan CM-nin 260-cı və 353-cü maddələrinə (narkotik saxlanması və polisə qarşı müqavimət) əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti