Qırğızıstan rəsmən Aİİ-nin üzvü oldu

12-08-2015, 11:32
Oxunub: 566
Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb.


Qırğızıstan bu gündən rəsmən Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olub.

Bu barədə Qazaxıstan və Qırğızıstan prezidentləri Nursultan Nazarbayev və Almazbek Atambayev bildirib.

Qırğızıstanın Aİİ-yə qoşulması barədə təntənəli mərasim Qırğızıstan və Qazaxıstan sərhədində, `Ak-Jol` Sərhəd Keçid Məntəqəsində keçirilib. Mərasimdən sonra Qırğızıstan və Aİİ arasında gömrük məhdudiyyətləri aradan qaldırılıb.

Qeyd edək ki, Nursultan Nazarbayev avqustun 5-i Qazaxıstanın Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) barədə sazişi təsdiqləyib.

Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb.

Qazaxıstan Qırğızıstanın Aİİ-yə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya prezidenti təsdiqləmişdi.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti