ABŞ hərbi təyyarəsi Almaniyada qəzaya uğrayıb

11-08-2015, 20:16
Oxunub: 579
İnsident yerli vaxtla saat 9:30-da baş verib


Almaniyanın cənub-şərqində ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb.

Yerli polisin verdiyi məlumata görə, təyyarə qəzaya uğradığı zaman pilot özünü xilas edə bilib. Yüngül zədələr alan pilot xəstəxanaya yerləşdirilib.

İnsident yerli vaxtla saat 9:30-da baş verib. Təyyarə meşə ərazisinə düşüb.

Əraziyə tezliklə ABŞ hərbi mütəxəssislərinin gələcəyi gözlənilir.

Qəzaya uğrayan təyyarənin F-16 çoxməqsədli yüngül döyüş təyyarəsi olduğu bildirilir. (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti