Metroda hərəkət tam bərpa olundu - Yenilənib

11-08-2015, 20:07
Oxunub: 532
Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib


“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib. 

Bunu “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

"Saat 17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub" -deyə N.Paşayev vurğulayıb (APA).

***

Bakı Metrosunun "Sahil" stansiyası bağlanıb.


Bu barədə faktı Metropolitendən təsdiqləyiblər.

Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sözügedən problemə metronun "28 may" və "Sahil" stansiyaları arasındakı tuneldə su axınının artması səbəb olub.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti